Millimizin heyəti məlum oldu

Karate, Digər
24 Aprel 2023 - 21:15
Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər müəyyənləşib.
Supersport.Az-ın Oyunların rəsmi saytına istinadla məlumatına görə, mötəbər yarışda 8 karateçimiz mübarizə aparacaq.
Üçüncü Avropa Oyunlarının iyunun 22-23-də keçiriləcək karate yarışlarında 20 ölkədən 96 idmançının iştirak edəcəyi gözlənilir.
Kişilərin turnirində ölkəmizi Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) təmsil edəcək.
Qadınların mübarizəsində Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaq.
Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarına iyunun 21-də start veriləcək, iyulun 2-də isə yekun vurulacaq.