80 məşqçi də seminara cəlb ediləcək

80 məşqçi də seminara cəlb ediləcək
Digər, Cüdo
18 Aprel 2023 - 17:00

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyası(AJF) təşəbbüsü ilə ötən ildən start verilən BCF-in Akademiyası ilə əməkdaşlıq davam etdirilir.


Belə ki, cari ilin mart ayından etibarən daha 55 cüdo məşqçisi Akademiyanın proqramında təhsilə başlayıb. Aprelin 15-i akademiyada təhsil alan məşqçilər üçün seminar təşkil olunub. Təlim ötən il akademiyada ən yüksək nəticə əldə edən və BCF-in ekspertləri tərəfindən tövsiyə olunan peşəkar cüdo məşqçiləri tərəfindən keçirilib. Seminar BCF-in praktiki dərslərinə və imtahanına hazırlıq məqsədi daşıyır.




ACF cüdo məşqçilərini biliklərinin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə seminarların davamlı olaraq keçirilməsini planlaşdırır.




ACF BCF Akademiyası ilə 2022-ci ilin mart ayından əməkdaşlığa başlayıb və nəticədə 80 cüdo məşqçisi proqrama cəlb edilib, onlardan 68 məşqçi imtahanı uğurla başa vuraraq birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. 2023-cü ildə ümumilikdə daha 80 nəfər məşqçinin BCF Akademiyasında təhsilə cəlb edilməsi planlaşdırılıb.

Digər xəbərlər