Avropa çempionatında 23 idmançımız mübarizə aparacaq

Avropa çempionatında 23 idmançımız mübarizə aparacaq
Digər, Sambo
17 Aprel 2023 - 19:33
Aprelin 18-24-də İsrailin Hayfa şəhərində kadetlər, yeniyetmələr, gənclər və kişilərin sambo üzrə Avropa çempionatı təşkil olunacaq.

Supersport.Az Azərbaycan Sambo Federasiyasına istinadla xəbər verir ki, ölkəmizi yarışda 23 idmançı təmsil edəcək.

Kadetlərin turnirində İsmayıl Əlipənahov (49 kq), Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Sadiq Nadirov (64 kq), Kənan Məmmədli (71 kq) və Hüseyn Hüseynli (88 kq) mübarizə aparacaq.

Yeniyetmələrin yarışında Amin İsmayılov (53 kq), Nicat İsmayılov (58 kq), Elsevər Verdiyev (64 kq), Ricad Nadirov (71 kq) və Sülhan Süleymanlı (79 kq) qüvvəsini sınayacaq.

Gənclər arasında Sahib Babayev (58 kq), Abdurrahman Səbzəliyev (64 kq), Canəli Əlizadə (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yarışacaq.

Kişilərin mübarizəsində Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Hacalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq) və Şirin Cavadzadə (98 kq) uğur qazanmaq üçün gücünü sərf edəcək.

Yarışlara Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya və digər ölkələrdən idmançılar qatılacaq.

Millimiz baş məşqçi Vahid Tarverdiyev, məşqçilər Cabir İsmayılov və Elçin İbrahimovun rəhbərliyi altında mübarizə aparacaq.

Digər xəbərlər