Yığmamız qızıl medalsız qaldı

Digər, Cüdo
17 Aprel 2023 - 01:47
Supersport.Az-ın məlumatına görə, Polşanın Poznan şəhərində 15-16 aprel tarixlərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində cüdoçularımız ümumilikdə 1 gümüş və 5 bürünc medala sahib olub.
Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb. Yarışın ikinci günündə oğlanların mübarizəsində -90 kq. çəkidə İsmayıl Zamanov və +100 kq. çəkidə Kənan Nəsibov bürünc medal qazanıb. -81 kq. çəkidə Ömər Rəcəbli və -90 kq. çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb. Qızların mübarizəsində isə -48 kq. Leyla Dəmirova yarışı 5-ci yerdə başa vurub.