Supersport.Az Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun birinci liqanın qaliblərinin mükafatlandırması mərasimində fikirlərini videogörüntüyə alıb.
Federasiya rəhbəri, vitse-prezident Faiq Qarayevlə çempionluq kubokunu və medalları “Təhsil” komandasına təqdim edib.
Ş.Bağırov Azərbaycanda voleybolun böyük ənənəsi olduğunu, beynəlxalq arenalarda uğurlar qazanıldığını qabardıb və bu idman növünün ölkədə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, voleybola da dövlətin xüsusi diqqət yetirdiyini vurğulayıb.
Federasiya prezidenti, azarkeşlərə təşəkkür edərək, onları dəstəyə çağırıb.