Azərbaycanın heyəti açıqlandı

Azərbaycanın heyəti açıqlandı
Digər, Cüdo
11 Aprel 2023 - 18:15

Polşanın Poznan şəhərində 15-16 apreldə gənclər arasında Avropa Kuboku keçiriləcək. Turnirdə 25 ölkədən 452 idmançı iştirak edəcək.


Supersport.Az-a milli qurumdan verilən məlumata görə, Azərbaycan yarışda 12 çəki dərəsində 15 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.




Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.




İdmançılarımız 17-19 aprel tarixlərində Poznanda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.




Qızlar



-48 kq.

Leyla Dəmirova



-52 kq.

Zeynəb Məmmədova



-57 kq.

Lətifə Abbasova



-78 kq.

Nərmin Əmirli



+78 kq.

Nigar Süleymanova



Oğlanlar



-60 kq.

Nizami İmranov

Nurlan Kərimli

Murad Muradlı

Nicat Nağıyev



-66 kq.

Nicat Nağıyev

Samir Piriyev

Aydın Rzayev



-73 kq.

Qadir Hüseynov

Süleyman Əliyev



-81 kq.

Ömər Rəcəbli

Əli Hacızadə



-90 kq.

İsmayıl Zamanov

Əjdər Bağırov



-100 kq.

Tamerlan Cabbarov



+100 kq.

Kənan Nəsibov


Digər xəbərlər