Video: Qurban Qurbanov təkliflər haqda: "Bu, bizim işimizə çox mane olur"

Futbol, Eksklüziv, Video
11 Aprel 2023 - 16:01
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Supersport.Az-ın komandanın bəzi futbolçularının xarici klubların diqqət mərkəzində olması ilə bağlı sualını cavablandırıb.
"Bizə təklif yoxdur. Maraq ola bilər, normaldır. Bəzən bəzi futbolçuları əldə etmək üçün menecerlərdən istifadə edirlər. Bu hallarda futbolçunun fikri yayınır. Lakin bizə hələ təklif yoxdur. Kadi, Vadji üçün təklif gəldi və şərtləri nəzərə alıb, yolları ayırdıq".
Təcrübəli mütəxəssis gələn təkliflərin onların işinə təsir etdiyini deyib:
"Əfsuslar olsun ki, belə hallar qaçılmazdır. Bu, bizim işimizə çox mane olur. 3-5 illik bir komanda qurmağa çalışırıq, lakin görürsən düşünmədən 6 ay, bir ildən sonra kiməsə təklif olur. Futbolçu gedəndə də problem olur, getməyəndə də. Gedəndə düşünürsən ki, o səviyyədə kimisə tapasan. Getməyəndə də, futbolçu düşünür ki, mən orda oynamalıydım, məni buraxmadılar. Oyun modelimizi qoruyub saxlaya bilirik. Bəzən kiməsə uduza, geriyə düşü bilirik. Amma ümumi üslubumuz qalır. Futbolçu, məşqçi problemlərin içində böyüyür. Olduğumuz yeri qoruyub-saxlamağa çalışırıq".