Messiylə Mbappe "3" aldı: "Leo 26 dəfə top itirdi, Kilian "yoxa çıxdı"

Futbol
04 Aprel 2023 - 15:25
Supersport.Az-ın məlumatına görə, Fransa çempionatında "Lion"a 1 qolla məğlub olan PSJ-nin futbolçuları sərt tənqid olunub.
"L'Equipe" nəşri Lionel Messi və Kilian Mbappeyə aşağı qiymət verib. Hər iki futbolçu 10 baldan "3" alıb. Mətbuat Messinin oyunu korladığını, 26 dəfə topu itirdiyini qabardıb.
Mbappenin oyunu belə təsvir edilib:
"O, özü üçün çox az şans yaratdı, fasilədən sonra yoxa çıxdı və komanda yoldaşları onu çox nadir hallarda tapdılar. Aşağı oyun səviyyəsi göstərdi".
PSJ oyunçularına 10 ballıq şkala üzrə verilən qiymətlər:
Qapıçı: Canluici Donnarumma - 4;
Müdafiəçilər: Danilu Pereyra - 4, Markinyos - 5, Əl-Şaday Bitşiabu - 4, Əşrəf Hakimi - 4, Nuno Mendeş - 4;
Yarımmüdafiəçilər: Vitinya - 4, Marko Verratti - 3, Renatu Sanşeş - 5;
Hücumçular: Lionel Messi - 3, Kilian Mbappe - 3.