Redon Cica: "Qarabağ"da çox qol vuracağıma inanıram"

Redon Cica: "Qarabağ"da çox qol vuracağıma inanıram"
Futbol
01 Aprel 2023 - 15:53
"Qarabağ"ın alban hücumçusu Redon Cica növbəti dəfə maraqlı açıqlama verib.

Supersport Az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Bakıda çox yaxşı qarşılandığını bildirib:

"Belə səmimi qarşılanacağını gözləmirdim. Ansi Aqolli ("Qarabağ"ın albaniyalı sabiq futbolçusu - red.) burada əfsanədir. Bakıya heyran oldum. Burada çox sürətli futbol oynayırlar. Bu, bizimlə Azərbaycan arasında böyük fərqdir. "Qarabağ"da çox qol vuracağıma inanıram. Bu, hər bir hücumçunun arzusudur. Müntəzəm olaraq start heyətdə meydana çıxmaq üçün uğurlu çıxış etmək istəyirəm".

Qeyd edək ki, "Qarabağ" bu qış Redon Cica ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.

Digər xəbərlər