Cüdoçularımız Türkiyədə mübarizə aparacaqlar

Digər, Cüdo
29 Mart 2023 - 13:11
Martın 31-də Antalyada başlanacaq "Böyük Dəbilqə" turnirinə qatılacaq Azərbaycan cüdoçuları məlum olub.
Supersport.Az xəbər verir ki, Türkiyədəki yarışda 17 idmançımız mübarizə aparacaq.
Turnirdə kişilərin yarışında ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Nazir Talıbov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (+100 kq) qoruyacaqlar.
Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) yarışacaq.
Aprelin 2-də başa çatacaq turnirdə 84 ölkədən 346 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq.