Supersport.Az-ın məlumatına görə, bu gün 16:00-da Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması keçiriləcək. Həlledici matçda region təmsilçisi “Gəncə”, paytaxt komandası “NTD” ilə qarşılaşacaq.
Final qarşılaşmasını izləyənlər arasında məhşur gürcüstanlı basketbolçu, NBA-də çıxış etmiş Nikoloz Tskitişvili də olacaqdı. Lakin o, ailə daxili məsələ ilə bağlı ölkəmizə səfərini təxirə salıb.