Millimiz 11 qol buraxdı, məşqçi üzr istədi

Millimiz 11 qol buraxdı, məşqçi üzr istədi
Futzal, Futbol
25 Mart 2023 - 23:33
Azərbaycanın futzal üzrə U-19 millisinin baş məşqçi əvəzləyicisi İlqar Aslanov bu gün Avropa çempionatının əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə keçirilən oyun (3:11) haqda danışıb.

Supersport.Az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, mütəxəssis bildirib:

"Deməyə söz tapmıram. Oyundan əvvəl heyətlə bağlı problemlərimiz də var idi. Dörd oyunçumuz həkimin müdaxiləsindən sonra meydana çıxa bildi. Oyunun gedişində daha iki futzalçımız zədələndi və meydanı erkən tərk etdi. Təbii ki, bunlar da oyunumuza təsirsiz ötüşmədi. Hər iki komanda əvvəlki matçlarda yenildiyinə görə, mütləq qələbə qazanmaq üçün meydana çıxmışdı. Təəssüf ki, bunu bacara bilmədik. Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirik. Çox işləməliyik".

Qeyd edək ki, U-19 əsas mərhələni 0 xalla 4-cü pillədə başa vurub.

Digər xəbərlər