"Azərbaycanla ilk 20 dəqiqə çətin keçdi"

"Azərbaycanla ilk 20 dəqiqə çətin keçdi"
Futbol
25 Mart 2023 - 10:01
Supersport.Az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsinin ilk matçında Azərbaycan yığma komandası üzərində 4:1 hesablı qələbə qazanan Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik oyunu şərh edib.

"Biz oyunun boyük hissəsində, demək olar ki, etməli olduqlarımızı etdik. Yalnız ilk 20 dəqiqə çətin keçdi. O vaxta qədər biz mübarizəni uda, oyuna istədiyimiz kimi nəzarət edə bilmirdik. Meydandakı yerdəyişmələrdən sonra isə topa daha çox sahib olduq və düşündüyümüz oyunu ortaya qoyduq. Bu, həlledici amil idi".

Alman mütəxəssi heç bir oyunçunu fərqləndirmək istəmədiyini, iki qol vuran və bir qolun ötürməsini edən Marsel Zabitser barədə belə deyib:

"Əlbəttə, əgər oyunçu iki qol vurursa və bir qolun da ötürməsini edirsə, deməli, o, başqalarından daha yaxşı olub".

Digər xəbərlər