Yığma komandalarımızın Yaponiyada təlim-məşq toplanışı davam edir

Yığma komandalarımızın Yaponiyada təlim-məşq toplanışı davam edir
Digər, Cüdo
15 Mart 2023 - 23:45

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri martın 12-dən etibarən Yaponiyada Kokuşikan Universitetində cüdo təlim düşərgəsində iştirak edir.



Supersport.Az-a milli qurumdan verilən məlumata görə, təlim-məşq toplanışında Nizami İmranov, Nurlan Kərimli, Samir Piriyev, Ömər Rəcəbli, Vüqar Talıbov, İsmayıl Zamanov, İslam Rəhimov və Kənan Nəsibov iştirak edir. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir. Hazırlıq prosesi martın 18-nə qədər davam edəcək.



Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına uzunmüddətli hazırlığın bir hissəsidir.



Qeyd edək ki, Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri fevralın 28-dən martın 11-nə qədər Yaponiyada Tsukaba Universitetində cüdo təlim düşərgəsində iştirak edib.

Digər xəbərlər