Messiyə 600 milyon avro təklif

Futbol
16 Mart 2023 - 00:01
Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Lionel Messini heyətinə cəlb etmək istəyir.
Supersport.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, ərəb komandası Argentina millisinin kapitanına 2 il müddətinə 600 milyon avro məbləğində müqavilə təklif etməyə hazırdır.
Bu, "Əl Nəsr"in Kriştiano Ronaldo ilə bağladığı müqavilədən daha üstündür.
38 yaşlı Ronaldo yeni klubunda ildə 177 milyon funt-sterlinq (215 milyon dollar) qazanacaq.
Səudiyyə Ərəbistanı hökuməti isə, Dünya Kubokunun sahibinin yerli çempionata gəlişini asanlaşdırmaq üçün məhdud əmək haqqı qanunlarını dəyişməyə də hazır olduğunu bildirib.
Messinin atası, meneceri Xorxe ərəb ölkəsində medianın çəkilişindən qaça bilməyib.