Kadi ən yaxşı oyunçu seçildi: "Özüm haqqımda çox danışmaq istəmirəm"

Kadi ən yaxşı oyunçu seçildi: "Özüm haqqımda çox danışmaq istəmirəm"
Futbol
12 Mart 2023 - 22:08




Supersport.Az-ın məlumatına görə, "Dinamo"ya iki qol vuraraq "Krasnodar"ın qələbəsində böyük pay sahibi olan Kadi Borges matçın ən yaxşı oyunçusu seçilib.

Braziliyalı futbolçu, özü haqda çox danışmaq istəmədiyini bildirib:

"Komandamız üçün çox yaxşı oyun oldu. Bəli, qollar vurdum, amma özüm haqqımda çox danışmaq istəmirəm. Çünki bir olduğumuzu sübut etdik. Komandaya və çempionata uyğunlaşma yaxşı gedir. Mən Moskvada oynayanda soyuq idi, bu, hardasa mane olurdu, amma Krasnodarda temperatur mənim üçün rahatdır.

Rusiyada çox yaxşı komandalar əvvəllər Çempionlar Liqasında, yığma isə final mərhələlərində oynayıb".

Xatırladaq ki, "Krasnodar" Moskva "Dinamo"sunu 3:1 hesabıyla məğlub edib.











 

 

 

 

Digər xəbərlər