Zəngilanın məktəbində cüdo bölməsi fəaliyyətə başladı - Şəkil

Zəngilanın məktəbində cüdo bölməsi fəaliyyətə başladı - Şəkil
Digər, Cüdo, Foto
10 Mart 2023 - 00:01

Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 2 kişi ve iç mekan görseli olabilir

Supersport.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Zəngilan rayonunda Ağalı kənd orta məktəbinin nəzdində ilk dəfə cüdo bölməsi fəaliyyətə başlayıb.



Martın 9-da gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu cüdo bölməsində yaradılan şəraitlə tanış olublar.



Cüdo bölməsinin fəaliyyət göstərdiyi məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan "Taishan" firmasının tatamiləri ilə təchiz olunub. Kəndin cüdo məşq zalına cüdo uniformaları - cüdoqilər paylanılıb. Həmçinin, federasiyanın təcrübəli məşqçiləri tərəfindən Ağalı kənd sakini, cüdoçu İsmayıl Hüseynliyə məşqçilik təlimləri keçirilib.


Bir 16 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 10 kişi ve iç mekan görseli olabilir

Bir 10 kişi, ayakta duran insanlar, iç mekan ve yazı görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir



Digər xəbərlər