Mahirin də qol imkanı olsa da, komandası xal itirdi

Mahirin də qol imkanı olsa da, komandası xal itirdi
Futbol
05 Mart 2023 - 20:45
Azərbaycan milli komandasının forvardı Mahir Emreli "Konyaspor"un heyətində debüt edib.

Supersport.Az xəbər verir ki, futbolçu Superliqanın 23-cü turunun "Giresunspor"la görüşündə meydana start heyətində çıxıb. Mahir Emreli 58-ci dəqiqədə Robert Muriçlə əvəzlənib.

Bu oyunda "Konyaspor"un bir neçə qol imkanı olsa da, "Giresunspor"un qolkiperi, müdafiəçiləri inamlı oynayıb. Konya klubunun üç zərbəsi zamanı top dirəyə dəyib.

Mahir Emrelinin vuruşunu qonaq komandanın müdafiəçisi qapı xəttindən çıxarıb.

Oyun 0:0 hesabıyla başa çatıb. "Konyaspor" 28 xalla 8-cidir.

 

Digər xəbərlər