Cüdoçumuz 3-cü oldu

Digər, Cüdo
03 Mart 2023 - 19:01
Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir. Üç gün davam edəcək turnirdə 49 ölkədən 364 idmançı iştirak edir. Azərbaycan milli yığma komandası yarışda 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunur. İdmançılar mötəbər yarışda böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında çıxış edirlər.
3 martda 2 çəki dərəcəsində 4 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında -60 kq. çəkidə Rövşən Əliyev və Əhməd Yusifov, -66 kq. çəkidə Kamran Süleymanov və Ruslan Paşayev medallar uğrunda mübarizə aparıb.
Azərbaycan təmsilçisi Əhməd Yusifov gürcüstanlı idmançı Luxum Çxvimayaniyə qalib gələrək bürünc mükafat qazanıb.