Ölkəmizdən daha bir medal

Karate, Digər
27 Fevral 2023 - 09:29
Raul Səfərəliyev (-63 kq) 14-15 yaşlı yeniyetmələr arasında Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirinin mükafatçısı olub. Dünya Karate Federasiyasının rəsmi yarışlarına ilk dəfə qatılan perspektivli idmançımız beş döyüşdən dördünü qələbə ilə başa vuraraq nüfuzlu turnirin bürünc medalını qazanıb.
Supersport.Az-a məlumatı milli qurumun media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov verib.
Xatırladaq ki, 23-26 fevral tarixlərində yarışın əvvəlki günləri Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) isə ikinci pilləni tutub.
Mövsümün ilk Karate1 Youth League turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edir.