İdmançılarımızdan medalla bağlı xəbər

Digər
25 Fevral 2023 - 12:00

Azərbaycan karateçiləri Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirində uğur qazanırlar.
Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançının iştirak edir. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir.
Amin Yadigarlı (-55 kq) və Rumil Cəfərli (-76 kq) 16-17 yaşlı gənclər arasında Karate1 Youth League turnirinin mükafatçıları olub. A.Yadigarlı qızıl medal, R.Cəfərli gümüş mükafat qazanıb.
Bir gün əvvəl Nicat Kərimli (-75 kq) Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində mötəbər turnirin gümüş medalına sahib olub.
Məlumatı milli qurumun media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov verib.