Azərbaycanın qazancı: 1 qızıl, 2 gümüş, 1 bürünc medal

Azərbaycanın qazancı: 1 qızıl, 2 gümüş, 1 bürünc medal
Digər, Cüdo
18 Fevral 2023 - 21:07

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın cüdo milli komandası Tel-Əviv şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində uğurlu nəticə göstərib. Ölkəmiz 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb.

Yarışda 52 ölkədən 398 idmançı mübarizə aparıb.




100 kq. çəkidə Zelim Kotsoyev həlledici qarşılaşmada niderlandlı Maykl Korreli ipponla məğlub edib.


+100 kq. çəkidə Uşanqi Kokauri isə monqolustanlı cüdoçu Tsetsentsenqel Odxuya uduzaraq ikinci olub.




-90 kq. çəkidə Məmmədəli Mehdiyev braziliyalı cüdoçu Rafael Makedonu məğlub edərək bürünc medala sahib çıxıb.



Bundan əvvəl təmsilçimiz Orxan Səfərov 66 kq-da gümüş medal qazanıb.


Qeyd edək ki, Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 2-ci yeri tutub.

Digər xəbərlər