Azərbaycan Voleybol Federasiyasının rəsmisi: "Biz heç kimi gizlətmirik"

Digər, Voleybol
15 Fevral 2023 - 00:01
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Xarı bülbül" və MOİK komandaları arasında keçirilməli olan VII tur oyunu təxirə salınıb. Buna hakimlərin oyuna çıxmaqdan imtina etməsi səbəb olub.
Supersport.Az-ın müxbiriylə söhbətində Azərbaycan Voleybol Federasiyasının Hakimlər Kollegiyasinin sədri Eldar Zülfüqarov referilərin adlarını gizlədib, onların addımlarının səbəbini açıqlamayıb.
"Hakimlərin oyuna çıxmamasının səbəbini bilirik, ancaq hələ ki, bu haqda açıqlama vermirik. Biz heç kimi gizlətmirik. Federasiya rəhbərliyi yaxın günlərdə bununla bağlı qərar verəndən sonra məlumat veriləcək" - deyə, qurum rəsmisi bildirib.