Azərbaycanda hakimlər oyuna çıxmaqdan imtina etdi

Digər, Voleybol
14 Fevral 2023 - 18:48
Supersport.Az-ın məlumatına görə, bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin ilk turu keçirilib. Voleybol Mərkəzində baş tutan çempionatın VII turuna "Murov" - "Neftçi" matçı ilə start verilib. Çempionatın lideri Murov komandası yenə qalib gəlib. Komanda 3 xalı rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə qazanıb.
Bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan "Xarı bülbül" - MOİK qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub. Məlumat saytımıza milli qurumun mətbuat xidmətindən verilib.
Turnir cədvəlində "Murov" 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Xarı bülbül", "Neftçi" 9 xalla sonrakı iki yerdədir. MOİK isə 1 xalla sonuncudur.