Mahir Emrelinin "Konyaspor"a keçidinin şərtləri - 1 milyon ödəndi

Mahir Emrelinin "Konyaspor"a keçidinin şərtləri - 1 milyon ödəndi
Futbol
13 Fevral 2023 - 14:54
Mahir Emrelinin "Konyaspor"a transferinin bəzi detalları məlum olub.

Supersport.Az xəbər verir ki, Türkiyə təmsilçisi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından icarəyə götürdüyü 26 yaşlı hücumçu ilə münasibətlərini rəsmiləşdirib.

"Konyaspor"da tibbi müayinədən keçən millimizin üzvü ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Konya klubu ölkədəki zəlzələ ilə əlaqədar keçidi sosial şəbəkə hesablarından açıqlamayıb.

"Konyaspor"un Mahir üçün 1 milyon avro xərc çəkdiyi bildirilir.

Konya klubu futbolçunu yalnız Türkiyədəki çıxışı uğurlu olacağı halda yayda birdəfəlik transfer etməyi nəzərdə tutub.

Qeyd edək ki, Mahir Emrelinin "Dinamo" ilə 2026-cı ilin iyununa kimi müqaviləsi var.

"Bakı"nın yetirməsi olan futbolçu 2021-2022-ci il mövsümündə "Qarabağ"dan "Legiya"ya 1 milyon avroya, ardından "Dinamo" (Zaqreb) klubuna keçmişdi. Mahir xorvat təmsilçisində 43 oyunda 13 qol vurub, 1 effektli ötürmə verib.

Digər xəbərlər