"Qarabağ"ın Avropa reytinqində yeri

"Qarabağ"ın Avropa reytinqində yeri
Futbol
08 Fevral 2023 - 23:45
Supersport.Az-ın məlumatına görə, UEFA klubların yeni reytinqini açıqlayıb.

Azərbaycanın doqquzqat çempionu "Qarabağ" yerini dəyişməyib. Ağdam təmsilçisi (25.000 xal) 420 klub sırasında 66-cıdır.

"Neftçi" (9.000 xal) 155-cidir. "Qəbələ" (4.000 xal) 299-cu, "Şamaxı" (3.500 xal) 327-ci, "Zirə" 331-ci, "Sumqayıt" 332-ci, "Səbail" 333-cü pillədədir.

İlk üç yerdə "Mançester Siti" (131.000 xal), "Bayern" (130.000) və "Liverpul" (123.000) qərarlaşıb.

 

Digər xəbərlər