Milli komandada koronavirus?

Milli komandada koronavirus?
Digər, Cüdo
01 Fevral 2023 - 15:37

Supersport.Az-ın məlumatına görə, cüdo millimiz ciddi problemlə üzləşib. Yığmanın üç üzvü mötəbər yarışları buraxmaq məcburiyyətində qalıb.



Əvvəlcə 81 kq çəkidə Rüstəm Orucov xəstələndiyinə və 38 dərəcədən yuxarı qızdırması olduğuna görə, bir neçə gün əvvəl Portuqaliyanın Almada şəhərində keçirilən "Qran Pri" turnirində iştirak edə bilməyib.

Federasiyadan verilən xəbərə əsasən, -60 kq. çəki dərəcəsində çıxış etməli olan Kəramət Hüseynov zədələndiyi üçün  4-5 fevral tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılmayacaq.




Qurumdan bildirilib ki, həmin yarışda -66 kq. çəki dərəcəsində çıxış etməli olan millinin üzvü Orxan Səfərov xəstələndiyinə, yüksək hərarəti və öskürəyi olduğuna görə, milli yığmanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.




Orxan Səfərovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.




Digər xəbərlər