Ronaldo ilk matçına çıxdı, komandası liderliyə yüksəldi - Foto-Video

Futbol, Video, Foto
23 Yanvar 2023 - 03:07

Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda "Əl Nəsr" "Əl İttifaq"la qarşılaşıb.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, Kriştiano Ronaldo bu matçda start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Portuqaliyalı futbolçu "Əl Nəsr"in heyətində ölkə çempionatında debüt edib. Komandası 1 qolla qələbə qazanıb. Ronaldo da 31-ci dəqiqədə qol vurulan zaman yüksəlsə də, braziliyalı Anderson Taliska fərqlənib. "Əl Nassr" 16 komanda sırasında 33 xalla liderliyə qalxıb.
Xatırladaq ki, Ronaldo bundan əvvəl Səudiyyə Ərəbistanında meydana çıxmışdı. Bu, Riyad komandasının ("Əl Nəsr" və "Əl Hilal"ın birləşmiş komandası) PSJ (4:5) ilə oynadığı yoldaşlıq görüşündə baş vermişdi. Həmin matçda portuqaliyalı forvard dubla imza atmışdı.


