"Neftçi" üzərində inamlı qələbə qazandıq"

"Neftçi" üzərində inamlı qələbə qazandıq"
Futbol
20 Yanvar 2023 - 15:01
“Neftçi” üzərində inamlı qələbə qazanmağımız yaxşıdır”.

Supersport.Az xəbər verir ki, bunu Serbiyanın “Srvena Zvezda” klubunun baş məşqçisi Miloş Miloyeviç Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirilən yoxlama görüşü barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında 1:0 hesabı ilə qalib gəldikləri oyunda yetirmələrinin çıxışından razılıq bildirib:

“60 dəqiqə meydanda qalan futbolçular yaxşı mübarizə apardılar. Asan olmasa da, göstərdilər ki, mentaliteti yüksək səviyyəyə qaldıra bilirlər. Üstəlik, lazımi intensivlik var idi. Az şans əldə edən futbolçulara üstünlük versək də, onlar çox qol imkanı yaratdılar. Bu da müsbət haldır. Onlar “Srvena Zvezda” forması altında oynamaqdan həzz aldılar”.

Qeyd edək ki, Antalya toplanışını başa vuran “Neftçi” orada 3 yoxlama görüşü keçirib. “Srvena Zvezda”dan əvvəl Polşa təmsilçisi “Medz Leqnitsa”ya da minimal hesabla (1:2) uduzan “ağ-qaralar” Türkiyədəki ilk matçında “Vaşaş”la (Macarıstan) 1:1 hesablı bərabərə qalıb.

Digər xəbərlər