"Qarabağ" 1 milyonluq qolkiperlə maraqlanır

"Qarabağ" 1 milyonluq qolkiperlə maraqlanır
Futbol
20 Yanvar 2023 - 14:15
"Qarabağ" İspaniya "Kartagena"sının qapıçısı Aaron Eskandellin xidmətində maraqlıdır.

Supersport.Az xəbər verir ki, 27 yaşlı qolkiperin Azərbaycan klubuna transferi gözlənilir.

Şahruddin Məhəmmədəliyevin zədələnərək iki aylıq sıradan çıxması Ağdam klubunu təcili qolkiper axtarışına vadar edib. Baş məşqçi Qurban Qurbanovun bu mövqe üçün bir neçə namizədi var ki, onlardan biri də məhz Eskandelldir.

Ancaq onun transferini reallaşdırmaq üçün ilk növbədə klubunu razı salmaq lazımdır. Çünki La Liqa-2 təmsilçisinə mövsümün əvvəlində keçən ispaniyalının müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Onun qiyməti məşhur transfermarkt.com saytında 1 milyon avro göstərilir.

Qeyd edək ki, yeniyetmə vaxtlarında “Vilyarreal”, “Valensiya” və “Malaqa”nın akademiyalarında çıxış edən Aaron Eskandell peşəkar karyerası ərzində “Malaqa”nın əvəzedici komandasının, həmçinin “Qranada”nın formasını geyinib.

Digər xəbərlər