"Neftçi"nin "Srvena Zvezda"ya məğlubiyyəti - Video

Futbol, Video
19 Yanvar 2023 - 20:00
Azərbaycan klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün son yoxlama oyununa çıxıb.
Supersport.Az xəbər verir ki, "Neftçi" "Srvena Zvezda" (Serbiya) ilə üz-üzə gəlib. Bakı təmsilçisi Belqrad kollektivinə 0:1 hesabıyla məğlub olub. Nemanya Motika 4-cü dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.
"Srvena Zvezda" Serbiya Superliqasında mübarizə aparır və hazırda 19 turdan sonra 53 xalla liderdir.
Xatırladaq ki, "Neftçi" bundan əvvəlki sınaq matçlarında Macarıstanın "Vaşaş" (1:1) və Polşanın "Medz Leqnisa" (1:2) klubları ilə qarşılaşıb. Komanda sabah vətənə qayıdacaq.