Rafael Ağayev amerikalını udub çempionluq kəmər qazandı

Rafael Ağayev amerikalını udub çempionluq kəmər qazandı
Karate, Digər
18 Dekabr 2022 - 10:00
Azərbaycanın "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb.

Supersport.Az-ın məlumatına görə, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da uğura imza atıb.

O, "Karate Combat 37" çərçivəsində titul görüşünə çıxıb. 37 yaşlı idmançımız ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Bu döyüşdə rəqibini məğlub edən Ağayev, çempionluq kəmərini qazanıb.

Xatırladaq ki, Rafael 2018-ci ildən çıxış etdiyi "Karate Combat"da keçirdiyi bütün döyüşlərdə qalib gəlib.

 

Digər xəbərlər