Millimizdən iki idmançı çıxarıldı

Millimizdən iki idmançı çıxarıldı
Digər, Cüdo
14 Dekabr 2022 - 21:45
Supersport.Az-ın xəbərinə görə, "Masters" cüdo turnirinə qatılacaq milli komandada dəyişiklik olub.

20-22 dekabrda İsraildə keçiriləcək yarışda 73 kq çəki dərəcəsində çıxış etməli olan təmsilçilərimizdən Rüstəm Orucovla Hidayət Heydərov zədələndikləri üçün yığmanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilərin qərarıyla ilə heyətdən çıxarılıblar. Cüdoçularımızın müalicələri davam etdirilir və ən qısa zamanda sağalıb məşq prosesinə geri dönmələri üçün bütün lazımi tədbirlər görülür.

Məlumatı Azərbaycan Cüdo Federasiyası yayıb.

Digər xəbərlər