"Neftçi"ni çempion edən baş məşqçi Tərlan Poladov: "Bizim klubda problem yoxdur" - Video

"Neftçi"ni çempion edən baş məşqçi Tərlan Poladov: "Bizim klubda problem yoxdur" - Video
Eksklüziv, Cüdo, Video
06 Dekabr 2022 - 00:37


Supersport.Az Azərbaycanın cüdo çempionatının fərdi və komanda yarışında birinci olan "Neftçi İdman Klubu 1"in baş məşqçisi Tərlan Poladovdan açıqlama alıb.


Təcrübəli mütəxəssis idmançılarının uğurunu müsbət qiymətləndirib. T.Poladov nəticələrdə klub rəhbəri Sadıq Sadıqovun böyük əməyi olduğunu bildirib.

Tanınmış məşqçi hesab edir ki, ölkədə cüdo populyardır və yüksək səviyyədə inkişaf edir.

Qeyd edək ki, ölkədaxili yarışda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Bürünc medal uğrunda görüşlərdə "Kanokan TT” İdman Klubu 4:0 hesabı ilə "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-ə, "Neftçi İdman Klubu 2” 4:1 hesabı ilə "Atilla İdman Klubu İdman Birliyi 2"ə qalib gəlib. Finalda "Neftçi İdman Klubu 1" 4:3 hesabı ilə "Atilla İdman Klubu İdman Birliyi 1"ə qalib gələrək komanda yarışının kubokunu və qızıl medallarını qazanıb. Qalib komandaya 5000 manat təqdim olunub.

 

Digər xəbərlər