Azərbaycanda cüdoçu öldürüldü
Digər, Cüdo
26 Noyabr 2022 - 22:01
Supersport.Az-ın məlumatına görə, bu gün "Arifoğlu" cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi turnirdə hər kəsin kədərinə səbəb olan hadisə baş verib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin xəbərinə əsasən, Sumqayıt şəhər sakini 20 yaşlı Ruslan Səfixanov şəxsi münaqişə zəminində 16 yaşlı cüdoçu Turan Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası gənc idmançı Turan Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!