Fərid Qayıbov problemləri dinlədi, tövsiyə verdi

Fərid Qayıbov problemləri dinlədi, tövsiyə verdi
Digər
25 Noyabr 2022 - 21:11

Supersport.Az-ın məlumatına görə, noyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin strukturuna daxil olan olimpiya idman komplekslərinin, digər idman qurğularının və uşaq-gənclər idman məktəblərinin (UGİM) rəhbərləri ilə görüşüb. Görüşün məqsədi barədə danışan nazir bildirib ki, paytaxtda və eləcə də bölgələrdə idman qurğularının, olimpiya idman komplekslərinin, həmçinin UGİM-lərin fəaliyyətinin daha səmərəli təşkil edilməsi qarşıda duran əsas məqsəddir. Bunun üçün də onların bir-biri ilə əlaqəli fəaliyyəti təmin edilməli, kadr məsələləri diqqət mərkəzində saxlanılmalıdır.



Sosial media, marketinq sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi; idman qurğularında olan avadanlıqların qorunub saxlanması və onlara vaxtlı-vaxtında düzgün texniki qulluqların göstərilməsi; hovuzların il ərzində səmərəli fəaliyyətinin təmin edilməsi və digər məsələlər birgə olunub, komplekslərin hazırkı fəaliyyəti və vəziyyətləri barədə hesabat dinlənilib. Həmçinin Olimpiya Komplekslərinin mehmanxana fəaliyyətlərinin müasir standartara uyğun qurulması yönündə görülən işlər barədə məlumat verilib.



Görüşdə nazirliyin strukturunda olan UGİM-lərin vəziyyəti barədə də hesabat təqdim olunub. Kompleks direktorları və UGİM rəhbərlərini narahat edən məsələləri dinləyən nazir Fərid Qayıbov bu sahədə müvafiq tövsiyələr verib.



Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov və nazirliyin digər əməkdaşları da iştirak ediblər.

Digər xəbərlər