"Şeytanlar" Ronaldoyla müqaviləni pozdu

"Şeytanlar" Ronaldoyla müqaviləni pozdu
Futbol
23 Noyabr 2022 - 09:01
İngiltərənin "Mançester Yunayted" komandası futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni pozub.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

Mançester təmsilçisi portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu 2003-2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib. "Qırmızı şeytanlar"ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə fərqlənib.

Digər xəbərlər