Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların oktyabr ayı üçün reytinqini açıqlayıb.
Supersport.Az saytının məlumatına görə, siyahıda 301 klubun adı yer alıb.
Bu siyahıda Azərbaycandan yalnız “Qarabağ” var. Ağdam təmsilçisi ötən ayla müqayisədə 8 pillə irəliləyərək 83-cü yerə yüksəlib. Qurban Qurbanovun komandasının aktivində 143,5 reytinq xalı var.
Siyahıya Braziliya “Flamenqo”su (329 xal) başçılıq edir. “Liverpul” (İngiltərə) 311 xalla 2-ci, “Palmeyras” (Braziliya) 308 xalla 3-cü yeri tutur.