"Qarabağ"dan tarixi rekord

Futbol
09 Noyabr 2022 - 16:33
"Qarabağ" Azərbaycan Premyer Liqasının startında ardıcıl 13-cü qələbəsini qazanıb.
Supersport.Az-ın məlumatına görə, Ağdam klubu III turdan təxirə salınmış oyunda "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.
Bununla da Qurban Qurbanovun komandası Azərbaycan çempionatları tarixində rekorda imza atıb. Belə ki, startda ardıcıl 13 qələbə Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasıdır
“Qarabağ” “Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu yeniləyib. Bakılılar 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalnız 13-cü matçında xal itirib.
“Qarabağ” isə 13-cü matçıında da qələbə qazanmaqla 30 illik rekordu yeniləyib.