Supersport.Az Azərbaycan Premyer Liqasının təxirə salınan üçüncü turunda “Turan Tovuz”la oyunda “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələndiyi məqamı təqdim edir.
Qolkiper qarşılaşmanı davam etdirsə də, matçın final fitindən sonra meydandan xərəkdə aparılıb. “Turan Tovuz”un futbolçuları da onu aparmağa kömək ediblər.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.