
Hidayətlə Səid də qızıl medal qazandı
Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Supersport.Az xəbər verir ki, turnirin ikinci günündə 12 cüdoçumuz mübarizə aparıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi birinci olublar.
Heydərov yarımfinalda ispaniyalı Salvador Rokanı, finalda kanadalı Artur Margelidonu məğlub edib. Bu, Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində Hidayətin qazandığı ikinci qələbəsidir.
Mollayi yarımfinalda macar Attila Unqvaridən, həlledici qarşılaşmada isə belçikalı Mattias Kassedən güclü olduğunu nümayiş etdirib. Beləliklə, hər iki cüdoçumuz qalib olub.
Azərbaycan turnirdə qızıl medalların sayını 3-ə çatdırıb.
Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanmışdı.
Turnir noyabrın 6-da başa çatacaq.