"Qarabağ"ın rəqibi qalib gəldi

"Qarabağ"ın rəqibi qalib gəldi
Futbol
14 Avqust 2022 - 10:15
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya" (Plzen) Çexiya çempionatında 3-cü tur oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, komanda səfərdə "Hradeç Kralove" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

"Hradeç Kralove" - "Viktoriya" (Plzen) - 1:2


Qollar: Xori, 39 (0:1), Kubala, 44 (1:1), Pilar, 84 (1:2)

Qırmızı vərəqə: Smrz ("Hradeç Kralove")

"Viktoriya" hazırda turnir cədvəlində 7 xalla  3-cü pillədə qərarlaşıb

Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçına isə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Digər xəbərlər