"Qarabağ" "Sürix"i də məğlub etmək gücündədir" - Çingiz Hüseynzadə - Video

"Qarabağ" "Sürix"i də məğlub etmək gücündədir" - Çingiz Hüseynzadə - Video
Futbol, Eksklüziv, Video
15 İyul 2022 - 20:00
Supersport.Az-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" haqda fikirlərini bildirib.


MOK rəsmisi, Azərbaycan çempionunun Polşa çempionatının birincisi "Lex" üzərində möhtəşəm qələbə qazandığını söyləyib.

Vitse-prezident hesab edir ki, "Qarabağ" ikinci təsnifat mərhələsində İsveçrə çempionu "Sürix"i də məğlub etmək gücündədir:

"Qarabağ" "Lex"lə Polşada yaxşı təsir bağışlasa da, qol imkanlarını qaçırmışdı. Bəzi hallarda bir az təcrübəsizlik, bəxtsizlik mane olmuşdu. Hesab edirəm ki, cavab matçında 5:1 hesablı qələbə qazandığı üçün komandamızda özünəinam artacaq. "Qarabağ"dan "Sürix"ə də qalib gəlməsini gözləyirik. Bu rəqib güclü olsa da, komandamızın qələbə qazanacağına inanıram".

Ç.Hüseynzadə Avrokuboklarda digər təmsilçilərimizdən "Neftçi", "Zirə", "Qəbələ"yə uğur arzulayıb, həmin klubların isə nəticə qazanmasının çətin olacağını söyləyib:

"Etiraf edək ki, bu komandalar oyun səviyyəsinə görə "Qarabağ"dan xeyli geri qalırlar və Avropa yarışında uğur qazanmaları real deyil".

Digər xəbərlər