Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la “Sürix” arasında ilk oyunun tarixi və başlama saatı dəqiqləşib.
Birinci matç iyulun 19-u, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.
Cavab görüşü isə iyulun 27-də İsveçrədə olacaq.