Avropa turnirində Azərbaycan birinci oldu

Digər, Cüdo
03 İyul 2022 - 19:49
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın böyüklərdən ibarət cüdo milli komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.

Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirinin son günündə -90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək qızıl medala sahib olub.
İki günün nəticəsinə görə millimiz Açıq Avropa turnirini 3 qızıl, 3 bürünc medalla tamamlayıb.
Yarışda 32 ölkənin idmançıları iştirak edib və Azərbaycan millisi birinci yeri tutub.
Qeyd edək ki, turnirin ilk gününündə Nazir Talıbov (-60 kq) və Telman Vəliyev (-73 kq) qızıl, Rəşad Yelkiyev (-60 kq), Ruslan Paşayev (-66 kq) və Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanıblar.