"Qarabağ"ın daha bir komandasından çempionluq

"Qarabağ"ın daha bir komandasından çempionluq
Futbol
21 İyun 2022 - 01:11
AFFA-nın təşkil etdiyi U-11 Liqasında 2021/2022-ci illər mövsümü yekunlaşıb.

Supersport.Az xəbər verir ki, liqanın final qarşılaşmasında "Vətən" komandasının 4:3 hesabı ilə məğlub edən "Qarabağ" çempion olub.

Üçüncü yer uğrunda oyunda isə "Sabah” və “Qəbələ” komandaları üz-üzə gəlib. Rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanan paytaxt klubu bürünc medallara sahib çıxıb.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. "Vətən" komandasının üzvü Sahil Həsənli "feyr-pley" mükafatına layiq görülüb. Mükafatları AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Məşqçilər Komitəsinin üzvləri Şahin Diniyevlə, Əsgər Abdullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdib ediblər. Qaliblərə medallar və diplomlar, çempion "Qarabağ" komandasına isə kubok verilib.

 

Digər xəbərlər