AFFA yığmanın baş məşqçisiylə vidalaşdı

AFFA yığmanın baş məşqçisiylə vidalaşdı
Futbol
21 İyun 2022 - 15:51
AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə vidalaşıb.

Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. AFFA Obradoviçə U-21yığmasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bildirilib ki, millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

Digər xəbərlər