Kişi voleybolçular arasında keçirilən Zəfər Kubokunun qalibi müəyyənləşib.
Supersport.Az xəbər verir ki, finalda “Neftçi” və “Murov” komandaları üz-üzə gəlib.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan qarşılaşmada birinci klub rəqibini 3:2 (25:23, 25:22, 26:28, 23:25, 15:11) hesabı ilə məğlub edib.