Namiq Ələsgərovun qolu komandasını ümidləndirdi

Namiq Ələsgərovun qolu komandasını ümidləndirdi
Futbol
23 Aprel 2022 - 23:31
Türkiyə I Liqasında 32-ci turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Dənizlispor"u qəbul edib. Qarşılaşma "timsahlar"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.

Namiq Ələsgərov da bu görüşün iştirakçısı olub. 27 yaşlı vinger matça start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunun müəllifi olub. Millimizin üzvü 55-ci dəqiqədə isə penaltidən yararlana bilməyib.

32 turdan sonra 35 xal toplayan "Bursaspor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Son qələbədən sonra komanda birinci liqada qalmaq yolunda ümidlənib.

Digər xəbərlər