AFFA-da növbəti davaya mühafizəçilər qarışdı

AFFA-da növbəti davaya mühafizəçilər qarışdı
Futzal, Futbol, Eksklüziv
16 Mart 2022 - 21:13
Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA-da növbəti qalmaqal olub.

Məlumatda bildirilir ki, bir müddət əvvəl futzal hakim və hakim-inspektorlarının toplantısı davayla yadda qalıb.

Milli dərəcəli referi Elmir Quluzadəylə Hakimlər və Hakim-İnspektorlar Komitəsi üzvü Babək Quliyev arasında gərgin anlar yaşanıb, söz atışması olub. B.Quliyev E.Quluzadədən toplantını tərk etməyi tələb edib. E.Quluzadə isə cavabında "Sən kimisən ki, məni çıxardırsan?" deyərək iclas otağında qalmağı üstün tutub. Bundan əsəbləşən Quliyev, AFFA mühafizəçilərini köməyə çağırıb. İş o yerə çatıb ki, qurumun baş katibi Elxan Məmmədovun müavini Sərxan Hacıyev, həmçinin hakim-inspektorların sədri Frits Ştuxlik də qalmaqalın aradan qaldırılmasına qarışıb. AFFA buna görə hakim Elmir Quluzadəni intizamsızlıq etməkdə günahlandıraraq referini 6 ay müddətinə kənarlaşdırıb.

Digər xəbərlər